reklam
Kevin Medina Bakıya gəldi və...
Sportfm.az xəbər saytı

Kevin Medina Bakıya gəldi və...


"Qarabağ"ın zədəli futbolçusu Kevin Medina Bakıya gəlib.

Sportfm.az xəbər verir ki, bu barədə sportal.az saytına Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev məlumat verib. Klub rəsmisinin sözlərinə görə, kolumbiyalı mərkəz müdafiəçisi hələ bir aydan çox yaşıl meydanlardan uzaq qalacaq:

"Kevin Medina bu gün Bakıya gəlib. Fitnes və bərpa məşqlərinə başlayacaq. Amma onun topla məşqlərinə hələ çox var. Medinanın meydançada çalışmalara başlaması üçün minimum bir ay lazımdır".

Qeyd edək ki, Kevin Medina Avropa Liqası qrup mərhələsinin "Molde" ilə səfər matçında (2:2) zədələnib.

Oxşar xəbərlər

Medina Finlandiyada əməliyyat edildi - paylaşım etdi
Kevin Medina yubiley matçı
“Qarabağ” üçün üzücü xəbər - Medina oynamayacaq
Medina ilə yeni müqavilə bağlandı - RƏSMİ
"Qarabağ"ın Medinası:"Səbirsizliklə gözləyirəm"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər