3 komanda növbəti mərhələdə -Konfrans Liqası
Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
Qazaxıstan “Tobol”u doğma meydanda 2 cavabsız qolla üstələdiyi “Linkoln”u (Cəbəllütariq) səfərdə də məğlub edib. TNS (Uels) – “Vikinqur” (İslandiya) matçında qapılara qol vurulmayıb. Bu üzdən İslandiya təmsilçisi ilk oyundakı inamlı qələbə sayəsində mərhələ adlayıb. Kosovonun “Ballkani” komandası isə ilk oyunda darmadağın etdiyi “La Fiorita”nı (San Marino) evdə daha biabırçı hesabla məğlub edərək, növbəti raunda yüksəlib.
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
26 iyul
Linkoln (Cəbəllütariq) – Tobol (Qazaxıstan) 0:1
İlk oyun – 0:2
TNS (Uels) – Vikinqur (İslandiya) 0:0
İlk oyun – 0:2
Ballkani (Kosovo) – La Fiorita (San Marino) 6:0
İlk oyun – 4:0
Oxşar xəbərlər
Estoniya klubu erməniləri sıradan çıxardı - Konfrans Liqası
Farer Adalarının komandası növbəti turda - Konfrans Liqası
Kosovo təmsilçisindən inamlı qələbə - Konfrans Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunları keçiriləcək - Konfrans Liqası
Avropa Liqasının yeni mövsümünə start verildi - Andorra təmsilçisi qələbə qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası