“Sumqayıt” Ture ilə müqavilə imzaladı -Transfer
Yeni mövsümə “Sumqayıt”da başlayacaq legionerlərin sayı 4-ə çatıb.
Sportfm.az xəbər verir ki, “kimyaşılar” artıq 3 əcnəbi futbolçu ilə münasibətlərini rəsmiləşdirib. Bunlar kabo-verdeli mərkəz müdafiəçisi Stiven Pereyra (“Maritzburg United”, Cənubi Afrika Respublikası), cinah müdafiəçisi Damyan Daniçiç (“Dinamo”, Zaqreb, Xorvatiya) və yarımmüdafiəçi Rifat Nurmuqametdir (“Maktaaral”, Qazaxıstan).
Müqavilə ilə “Başakşehir”ə məxsus olan Alya Ture də “gənclik şəhəri” təmsilçisində qalacaq. Iki həftədir düşərgədə yer alan yarımmüdafiəçi Aleksey Baqanın rəğbətini qazana bilib. Sol və sağ vinger kimi çıxış edə bilən 20 yaşlı afrikalı ilə 3 illik müqavilə nəzərə tutulub. Belaruslu baş məşqçi dünən Türkiyədə “Samsunspor”la keçirilən yoxlama oyunundan sonra onun qalmasını istəyib.
Qvineyanın “Sekens” klubunun yetirməsi olan Alya 2020-ci ildə “Başakşehir”lə 4 illik müqavilə imzalayıb. Onun İstanbul təmsilçisi ilə kontraktı 2024-cü ilin yayında bitəcək. Buna kimi icarə əsasında “Akhisarspor” və “Yammerbuht”da(Danimarka) çıxış etmiş Ture “Sumqayıt”a pulsuz başa gəlib (sportinfo.az). Çünki “Başakşehir” afrikalıya sərbəst agent status verməyə razılaşıb.
“Sumqayıt” bu transferi tezliklə rəsmən açıqlayacaq.
Oxşar xəbərlər
Təsdiqləndi: "Sumqayıt" 4-cü legionerini aldı
“Sumqayıt” Serbiya yığmasının üzvünü transfer etdi - FOTO
"Sumqayıt"da afrikalı futbolçu - Transfer
"Sumqayıt" sabiq futbolçusu rənglərinə qatdı - Müqavilə
Azərbaycanlı oyunçu Moldova klubunda - RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası