reklam
Sportfm.az xəbər saytı

"Sumqayıt" sabiq futbolçusu rənglərinə qatdı -Müqavilə


Dövrələrarası fasilədə transfer çalışmalarını davam etdirən “Sumqayıt” Vüqar Bəybalayevdən sonra daha bir futbolçunun keçidini rəsmiləşdirib.

Sportfm.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi son olaraq “Səbail”də çıxış etmiş yarımmüdafiəçi Elşən Abdullayevlə 2,5 illik müqavilə imzalayıb. 28 yaşlı oyunçu yeni komandasında “24” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, 2013/14 mövsümündə də icarə əsasında “Sumqayıt”ın şərəfini qorumuş Elşən Abdullayev həmin dönəmdə meydana çıxdığı 17 qarşılaşmada 1 dəfə qol vurub. O, son klubu “Səbail”lə yanaşı “Neftçi”, “Qarabağ”, Zirə” və “Sabah”da da çıxış edib. 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilə 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş Abdullayev U-17, U-19 və U-21 yığmalarının də uğurları üçün çalışıb.

Oxşar xəbərlər

"Sumqayıt"dan daha bir legioner - TRANSFER
Araz Abdullayev “Sumqayıt”da - RƏSMİ
"Sumqayıt"da yeni qapıçı - RƏSMİ
"Sumqayıt"ın ilk transferi - RƏSMİ
"Sumqayıt" millimizin sabiq oyunçusu ilə gücləndi - 2.5 illik müqavilə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər