Siyəzəndə "Şollar" qalib gəldi -FOTOLAR
Siyəzəndə “Sağlam gələcəyi təmin et” devizi altında futvole üzrə turnir keçirilib.
Sportfm.az xəbər verir ki, Dünya Futvole Federasiyasının təşkilatçılığı və Siyəzən Rayon İcra hakimiyyətinin dəstəyi ilə baş tutan yarışın əsas şüarı “Narkomaniyaya yox deyək” olub.
Komanda sayı 8 olan və kollektivlərin iki qrupda mübarizə apardığı turnirdə, futvole üzrə milli komandamızın üzvləri Fəyar Hüseynov, Orxan Məmmədov, Namiq İsgəndərov və Xətai Bağırov yerli publikaya bu idman növünün ecazkarlıqlarını sərgiləyiblər. Şou xarakterli görüşdə idmançılar sharck attack, blockshot və futvoleyə xas digər estetik hərəkətləri nümayiş etdiriblər.

Turnirin yarımfinalında A qrupunda 9 xalla lider olan “Lokomotiv” B qrupunda 2-ci olan “50-51” komandasına qalib gələrək finala adlayıb. Digər cütlükdə isə B qrupunda birinci yeri tutan “Turan” gözlənilmədən A qrupunda ikinci sıranı əldə etmiş “Şollar”a 2-0 hesabı ilə məğlub olaraq üçüncülük uğrunda qarşılaşmaya çıxmalı olub. 3-cü yer uğrunda matçda “Turan” “50-51”-dən üstün olub. Finalda isə “Şollar” “Lokomotiv”i hər iki setdə udaraq, turnirin qalibi adını qazanıb. Qaliblərə kubok və medallarını Dünya Futvole Federasiyasının prezidenti Vüsal Xəlilov təqdim edib. Siyəzəndəki turnirdə ikinci və üçüncü pillənin sahibləri də kubok və medallarla təltif edilib. Dünya Futvole Federasiyası qaliblərə pul mükafatı ilə yanaşı, bütün iştirakçılara sertifikatlar da verib.







Oxşar xəbərlər
Diyeqo Maradona finalda məğlub oldu - FOTOLAR
Dubayda Dünya Çempionatının seçmə mərhələ turniri start götürdü - FOTO
“Futvole Azərbaycanda populyarlaşacaq” - Dəvət
Azərbaycan yığmasına qarşı haqsızlıq edildi, İtaliya kuboku başı üzərinə qaldırdı - Beynəlxalq turnir
Su İdmanı Sarayında futvole üzrə turnir baş tutacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qurban Qurbanovdan futbolda çox şey öyrəndim" - Ayxan Abbasov
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Millimizə seçimlər davam edir
-
“Ulduz Cup” beynəlxalq futbol turniri start götürüb
-
Qurbanovun mətbuat konfransının vaxtı bilindi
-
U-17 dünya çempionatında Azərbaycanı 3 hakim təmsil edəcək















Misli Premyer Liqası