Azərbaycan yığmasına qarşı haqsızlıq edildi, İtaliya kuboku başı üzərinə qaldırdı - Beynəlxalq turnir
Rusiyanın paytaxtı Moskvada keçirilən futvole üzrə beynəlxalq turnirə yekun vurulub.
Sportfm.az xəbər verir ki, 16 komandanın iştirak etdiyi “Footvolley İntercontinental Cup 2021” adlanan yarışda Azərbaycan yığması da mübarizə aparıb.
Amid Nəzərov və Orxan Məmmədovdan ibarət cütlüyümüz Çili, İspaniya və Rusiya komandalarının yer aldığı qrupda yarışıb. İlk görüşdə turnirin favoritlərindən biri olan və finalda məğlubiyyət acısı yaşayan İspaniya ilə görüşdə hər iki setdə məğlub olan millimiz sonrakı dueldə Rusiyanı ilk setdə məğlub etsə də, ardıcıl iki setdə məğlub olub.
Milli komandamızın qrupda sonuncu qarşılaşmasında Çiliyə 2-0 hesabı ilə qalib gələrək, turnir cədvəlində 3-cü sıranın sahibi kimi pley-offda oynamaq şansı yaxalayıb.
Təəssüflər olsun ki, “Leto” idman kompleksində keçirilən turnirin təşkilatçıları yığmamıza qarşı haqsız və qeyri-idmani davranışlarıyla yadda qalıblar. Belə ki, futvole qaydalarına əsasən növbəti mərhələyə qrup matçlarında setlərdə qalibiyyət sayı daha çox olan komanda 3-cü sıradan birbaşa yüksəlməli olduğu halda millimiz pley-off oynamalı oldu. Halbuki yuxarıda qeyd etdiyimiz qaydaya əsasən 4 qrupda yer alan ən yaxşı üçüncülərdən biri elə Azərbaycan yığması idi. Lakin təşkilatçılar özlərindən uyduyduğu qayda ilə(topların fərqinə görə) Belarus yığmasını birbaşa növbəti mərhələyə daşıdı. Bu duruma etiraz edən Azərbaycan Futnet Federasiyasının rəsmiləri təşkilatçıların səhvlərini onlara sübut edərək, bir daha belə halın yaşanmaması üçün yarışları Beynəlxalq Futvole Federasiyasının reqlamentinə uyğun keçirilməli olduğunu diqqətə çatdırıblar.
Təəssüflər olsun ki, pley-offda Rusiyanın ikinci yığmasına məğlub olaraq turnirdə mübarizə dayandıran idmançılarımız finalda İspaniya və İtaliyanın gərgin mübarizəsini izləməli olublar.
Yarımfinalda müvafiq olaraq Almaniya və Fransanı məğlub edən İtaliya və İspaniya finalının ilk setində rəqibindən aşkar üstün oyun nümayiş etdirən italiyalı cütlük rəqiblərini 18-4 hesabı ilə diz çökdürüb. İkinci setdə biraz özünə gələn Blanko/Tsiouris cütlüyü rəqibin hücumlarına qarşı 5 dəqiqə təb gətirə bildi. Rusiyanın “Start Live” kanalı ilə canlı yayımlanan həlledici görüşün hər iki setində qalib gələn Yakopuççi/Qratsiani cütü kuboku başı üzərinə qaldırıb. Futbol üzrə Rusiya millsinin sabiq ulduzlarından biri olan, vaxtilə London “Çelsi”sinin şərəfini qoruyan Aleksey Smertinin də iştirak etdiyi turnirdə qaliblərə kubok və medalları Beynəlxalq Futvole Federasiyasının prezidenti Vüsal Xəlilov təqdim edib.
Qeyd edək ki, turnirdə 3-cü yeri Fransanı məlub edən Almaniya yığması tutub. Qaliblərə müvafiq olaraq 1500, 800 və 400 avro mükafat da verilib.
Turnirin final matçını və maraqlı anlarını aşağıdakı linkdən izləyə bilərsiz.
https://www.youtube.com/watch?v=vbJmZ2bgLSc
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |