reklam
Yığmamız 5-ci səbətdə yer alacaq -
Sportfm.az xəbər saytı

Yığmamız 5-ci səbətdə yer alacaq -AÇ-2028


Futbol üzrə Azərbaycan milli komandası 2028-ci ildə keçiriləcək Avropa çempionatının (AÇ-2028) seçmə mərhələsinin püşkatmasında 5-ci səbətdə yer alacaq.

Sportfm.az xəbər verir ki, milli komanda Malta, Litva, Şimali İrlandiya, Andorra və Lixtenşteyn ilə birlikdə qərarlaşacaq.

Püşkatma mərasimi bu il dekabrın 6-da, Şimali İrlandiyanın Belfast şəhərində keçiriləcək.

Seçmə mərhələnin qrup oyunları 2027-ci ilin mart-noyabr aylarında olacaq.

Qitə birinciliyinin final mərhələsi Böyük Britaniya və İrlandiyada təşkil olunacaq.

Oxşar xəbərlər

Azərbaycan millisi 2-ci səbətdə yer alacaq - Dünya çempionatı
Yığmamızın seçmə mərhələdəki rəqibləri bilindi
Yığmamız IV səbətdə yer alacaq - DÇ-2026
Bu gün millimizin rəqibləri bilinəcək - Avropa çempionatı
AÇ-2020: Azərbaycan neçənci səbətdə yer alacaq?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər