
Diyeqo Maradona finalda məğlub oldu - FOTOLAR
Gürcüstanın Batumi şəhərində keçirilən futvole üzrə Dünya Çempionatının seçmə turnirinə yekun vurulub.
Sportfm.az xəbər verir ki, yarışın ikinci günü mikslərin(qadın/kişi) qalibini aşkar etmək üçün final matçı baş tutub. İsrailin birinci və ikinci komandasının qızıl medal uğrunda mübarizəsi estetik oyunla müşahidə edilib. İkinci komanda - Şaluş/Ameliya cütlüyü əzmkar oyunu sayəsində sonda qələbəni bayram edən tərəf olub.
Qrup mərhələsini aşan Fəyar Hüseynov və Namiq İsgəndərovdan ibarət Azərbaycan yığması 1/4 finalda Türkiyə səddini dəf edə bilməyib.
Qardaş ölkə ilə yanaşı, Beynəlxalq Futvole Federasiyasının bayrağı altında baş tutan yarışın yarımfinalına Braziliya, İran və İsrail vəsiqə qazanıb.
Yarımfinalda Türkiyənin Cəmil Kor və Rəhman Yezdanidən ibarət millisinin latın amerikalılara ciddi müqavimət göstərməsinə baxmayaraq, sonda “sambaçılar” finala adlayıb.
Finala adını yazdıran digər kollektiv isə “Road to Baku” şüarı ilə təşkil edilən turnirin startından öz oyunu ilə idmansevərlərin rəğbətini qazanan İsrail millisi olub.
Şaluş/Buskape cütlüyü Şavit və Diyeqo Maradonadan ibarət braziliyalıları finalda qarşılaşmasında sözün əsl mənasında “tərlədib”. Rəqibin ciddi müqaviməti ilə üzləşən Braziliya millisi Batumi çimərliyində ilk setdə məğlub olaraq azarkeşlərini üzüb. İkinci setdə oyunun axarını dəyişmək istəyən Şavit və Maradona seti əlavə xallara daşıyaraq buna qismən nail olub. Lakin yorulmaq bilməyən israillilər tay-brekdə təzyiqi daha da artıraraq rəqibini diz çökdürüb.
Final görüşü zamanı tribunalara toplaşan xeyli sayda azarkeş əsl futvole şousuna tamaşa ediblər. Bloklar, “shark attack”lar, ağıllı baş zərbələri və s. kurort şəhərindəki publika heyrət və keyiflə izləyib.
Bu turnirdə üçüncülüyü qazanaraq ilk dəfə futvoledə dərəcəyə girən Türkiyə yığması da öz oyunu ilə idmansevərlərin rəğbətini qazanıb.
Turnirin mükafatlandırma mərasimindən öncə Beynəlxalq Futvole Federasiyasının prezidenti Vüsal Xəlilov ən yaxşı könüllü seçilən uşağa xüsusi hədiyyə təqdim edib.
Qeyd edək ki, futvole üzrə Dünya Çempionatının növbəti seçmə turniri 30 iyun-3 iyul tarixlərində Türkiyənin Arsuz şəhərində keçiriləcək.

№ | Komanda | o | x |
1 | Sabah | 1 | 3 |
2 | Qarabağ | 1 | 3 |
3 | Qəbələ | 1 | 3 |
4 | Zirə | 1 | 3 |
5 | Neftçi | 1 | 3 |
6 | Kəpəz | 1 | 0 |
7 | Şamaxı | 1 | 0 |
8 | Səbail | 1 | 0 |
9 | Turan | 1 | 0 |
10 | Sumqayıt | 1 | 0 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Qaradağ Lökbatan | 24 | 55 |
2 | Şamaxı-2 | 24 | 44 |
3 | Qarabağ-2 | 24 | 42 |
4 | Sabah-2 | 24 | 39 |
5 | Neftçi-2 | 24 | 38 |
6 | MOİK | 24 | 36 |
7 | Kəpəz | 24 | 36 |
8 | Zaqatala | 24 | 33 |
9 | Qəbələ-2 | 24 | 33 |
10 | Turan Tovuz | 24 | 33 |
11 | Sumqayıt-2 | 24 | 20 |
12 | Səbail-2 | 24 | 15 |
13 | Zirə-2 | 24 | 12 |