reklam
“Qarabağ”dan təşəkkür mesajı
Sportfm.az xəbər saytı

“Qarabağ”dan təşəkkür mesajı


Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda "Lex"ə 5:1 hesabı ilə qalib gələn "Qarabağ" açıqlama yayıb.

Sportfm.az xəbər verir ki, Ağdam təmsilçisi matçın təşkilində əməyi keçən hər kəsə təşəkkür edib:

“Qarabağ” - “Lex” oyunu təşkilati baxımdan bir sıra yeniliklərlə yadda qaldı. Belə ki, azarkeşlərin stadiona rahat gəliş-gedişi və təhlükəsizliyi üçün klubumuz, həmçinin stadion əməkdaşları ilə yanaşı, polis işçiləri, könüllülər əllərindən gələni etdilər. Matçın təşkilində əməyi keçən hər kəsə - Azərbaycan Respublikası Gənclər və İdman Naziriliyinin əməkdaşlarına, Daxili İşlər Nazirliyinin oyunda xidmət göstərən yüksək rütbəli zabitlərindən sıravi əməkadaşlarına qədər hər kəsə və eləcə də könüllülərə sonsuz təşəkkürlər!

 “Qarabağ” FK olaraq, komandamıza daim dəstəyini əsirgəməyən Gənclər və idman naziri Fərid Qayıbova xüsusi minnətdarlığımızı bildiririk".

Oxşar xəbərlər

“Gent” “Qarabağ”a təşəkkür etdi - Konfrans Liqası
Ppeşəkar kikboksçumuza vəzifə verildi - Təyinat
Nazir “Qarabağ”ın oyununa görə stadiona getdi - FOTO
"Əməyi olan hər kəsə və könüllülərə təşəkkür edirəm" - FIG-in prezidenti
Səhlab Bağırov: "Qarabağ" - "Çelsi" oyununda təhlükəsizlik tam təmin olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər