reklam
“Böyük Dəbilqə”dən 3 medal
Sportfm.az xəbər saytı

“Böyük Dəbilqə”dən 3 medal


Azərbaycan cüdoçuları Macarıstanın paytaxtı Budapeştdəki “Böyük Dəbilqə” turnirini üç medalla başa vurublar.

Sportfm.az xəbər verir ki, yarışın sonuncu günündə mübarizəyə qoşulan üç idmançıdan heç biri medal qazana bilməyib.

90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev 1/16 finalda Camal Petgreyvə (Böyük Britaniya) qalib gəlsə də, növbəti raundda Gergely Nerpelə (Macarıstan) uduzub.

100-dakı Elmar Qasımov eyni raundda Zlatko Kumriçi (Xorvatiya) məğlub etsə də, Nikoloz Şerazadişviliyə (İspaniya) yenilib.

100-dan yuxarı çəkidəki Uşangi Kokauri 1/8 finalda Marius Fizeldən (Slovakiya) güclü olsa da, Teddi Rinerin (Fransa) müqavimətini qıra bilməyib. Kokauri təsəlliverici görüşdə Martti Puumalainenə (Finlandiya) də uzudub.

Daha əvvəl Azərbaycan təmsilçilərindən Hidayət Heydərov (73 kq) qızıl, Səid Mollayi (81 kq) gümüş, Rüstəm Orucov (73 kq) isə bürünc medal əldə edib.

Oxşar xəbərlər

Cüdoçumuz zaqrebdə gümüş qazandı
Daha 3 cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqə
Məmmədəli Mehdiyevdən bürünc medal - Avropa çempionatı
Azərbaycanlı cüdoçu finalda - Böyük Dəbilqə
Daha 5 cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər