reklam
Cüdoçusu yarımfinalda -
Sportfm.az xəbər saytı

Cüdoçusu yarımfinalda -Böyük Dəbilqə


Azərbaycan millisinin 7 cüdoçusu bu gün Türkiyənin Antalya şəhərində start götürən Böyük Dəbilqədə mübarizəyə başlayıb.

Sportfm.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov 1/16 finalda Felipe Dakruza (Livan) qalib gəlsə də, növbəti görüşdə Angelo Pantano (İtaliya) ilə bacarmayıb.

Eyni çəkidə yer alan Rövşən Əliyev ilk qarşılaşmada Dilşot Xalmatov (Ukrayna) üzərində qələbə qazanıb. Lakin 1/8 finalda Dilşodbek Baratovla (Özbəkistan) dueldən məğlub ayrılan idmançı mübarizəni dayandırıb.

66 kq-da Yaşar Nəcəfov təsnifatda Adonis Diasdan (ABŞ) güclü olsa da, növbəti raundda Denis Vieruya (Moldova) uduzub.

Bu çəkidəki digər Azərbaycan təmsilçisi Orxan Səfərov isə ardıcıl olaraq İsayya Ramires (ABŞ), Abubakr Şerov (Tacikistan) və Strahinya Bunçiçi (Serbiya) yenərək yarımfinala vəsiqə qazanıb. O, finala gedən yolda Villian Lima (Braziliya) ilə üz-üzə gələcək.

Qadınların yarışında 48 kq-dakı Şəfəq Həmidova startda Andrea Stoyadinova (Serbiya) məğlub olub. Leyla Əliyeva isə ilk görüşdə Aliani Kubkarbonnel Yuliana (Kuba) qalib gəlsə də, 1/8 finalda Mari Di Varqas Leyə (Çili) uduzub.

52 kq-da yarışan Gültac Məmmədəliyeva 1/16 finalda Govhar İrmaqambetovanu (Qazaxıstan) yensə də, növbəti mərhələdə Çelsi Caylsla (Böyük Britaniya) dueldən məğlub ayrılıb.

Qeyd edək ki, yığmanın digər 10 cüdoçusu mübarizəyə 2-3 apreldə qoşulacaq.

Oxşar xəbərlər

“Böyük Dəbilqə başlayır: İlk gün
Daha 5 cüdoçusu medalsız qaldı - Böyük Dəbilqə
Azərbaycan cüdoçularının ilk rəqibləri bilindi - Böyük Dəbilqə
Cüdoçularımız ikinci gündə medalsız qaldı - Açıq Avropa turniri
Cüdoçumuz yarımfinalda - Dünya çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər