Azərbaycan yığmasının heyəti açıqlandı -Avropa çempionatı
İyunun 27-dən iyulun 3-dək İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı keçiriləcək.
Sportfm.az xəbər verir ki, qitə birinciliyində mübarizəyə yunan-Roma güləşçiləri başlayacaq.
Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Nihad Quluzadə (55 kq), Nihat Məmmədli (60 kq), Ziya Babaşov (63 kq), Kənan Abdullazadə (67 kq), Qurban Qurbanov (72 kq), Xasay Həsənli (77 kq), Rauf Əliyev (82 kq), Laçın Vəliyev (87 kq) və Heybulla Qıstarov (130 kq) ölkəmizi məsul yarışda təmsil edəcək.
Azərbaycan Güləş Federasiyasının rəhbər şəxsləri Olimpiya Güləş Mərkəzində komandayla görüşüb. Federasiyanın baş katibi Nəsimi Musayev, baş katibin müavini Orxan Məmmədov, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Elçin Cəfərov milli üzvlərinə Avropa çempionatında uğurlar arzulayıb.
AÇ-nin proqramına əsasən, iyunun 26-da güləşin klassik növündə bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti 3 gündə isə bu növdə mübarizə baş tutacaq. Qitə birinciliyində 1-ci kateqoriyalı hakim Elman İsmayılov ədaləti qoruyacaq.
Oxşar xəbərlər
Güləş millimiozin heyəti açıqlandı – SİYAHI
Yığmanın heyəti açıqlandı - Dünya çempionatı
Güləş millimizin heyəti açıqlandı - Dünya çempionatı
Millimizin heyəti açıqlandı - SİYAHI
Millimizin heyəti açıqlandı - Avropa çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası