Millimizin heyəti açıqlandı -SİYAHI
İyulun 25-dən 31-dək İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı keçiriləcək.
Sportfm.az xəbər verir ki, bu gün Azərbaycan Güləş Federasiyasının rəhbər şəxslərinin iştirakıyla məsul yarışda ölkəmizi təmsil edəcək qızlardan ibarət yığma komandayla görüş keçirilib. Baş katibin müavini Orxan Məmmədovla Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Elçin Cəfərov milli üzvlərinə mundialda uğurlar arzulayıb və tövsiyələrini çatdırıblar.
Dünya çempionatında böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında Elvina Kərimzadə (43 kq), Aysel Məmmədzadə (46 kq), Ruzanna Məmmədova (49 kq), Gülər Həbibova (53 kq), Günay Qurbanova (57 kq) və Fatimə İsayeva (65 kq) mübarizə aparacaq.
Qeyd edək ki, iyulun 26-da güləşin bu növü üzrə püşkatma mərasimi keçiriləcək və güləşçilərimizin ilk rəqibləri müəyyənləşəcək. Növbəti gün Elvina, Ruzanna, Günay və Fatimə, ayın 28-də isə Aysellə Gülər xalçaya çıxacaq.
Oxşar xəbərlər
Azərbaycan millisinin heyəti açıqlandı - Dünya çempionatı
Yığmanın heyəti açıqlandı - Dünya çempionatı
Azərbaycan yığmasının heyəti açıqlandı - Avropa çempionatı
Azərbaycan güləşçilərinin ilk rəqibləri bilindi - Avropa çempionatı
Millimizin heyəti açıqlandı - Dünya çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası