Yığmanın heyəti açıqlandı -Dünya çempionatı
Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının sentyabrın 10-da Serbiyanın paytaxtı Belqradda start götürəcək dünya çempionatı üçün heyəti açıqlanıb.
Sportfm.az xəbər verir ki, 9 gün davam edəcək yarışda yığmanın 9 üzvü qüvvəsini sınayacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), Arif Niftullayev (97 kq) və Sabah Şəriəti (130 kq) mübarizə aparacaq.
Olimpiya Güləş Mərkəzində idmançılarla görüş keçirilib. Federasiyanın İcraiyyə Komitəsinin üzvü Fərid Mansurov, baş katib Nəsimi Musayev, baş katibin müavini Orxan Məmmədov və Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Elçin Cəfərov güləşçilərə məsul yarışda uğurlar arzulayıb və tövsiyələrini çatdırıb.
Sentyabrın 9-da püşkatma mərasimi keçiriləcək. Növbəti gün Əzizli, Qənizadə və Süleymanov yarışa start verəcək. Sentyabrın 11-də Məmmədov, Cəfərov, Hüseynov və Niftullayev, ayın 12-də isə Məmmədov və Şəriəti mübarizəyə qoşulacaq.
Oxşar xəbərlər
Güləş millimiz mübarizəyə başlayır - Dünya çempionatı
Azərbaycan millisinin heyəti açıqlandı - Dünya çempionatı
Azərbaycan millisinin heyəti açıqlandı - SİYAHI
Abubakr milli komandamızın heyətində olacaq - Heyət
Yığmamızın heyəti bilindi - Dünya çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası