reklam
“Neftçi”nin istədiyi məşqçi “Şerif”i tərk etdi -
Sportfm.az xəbər saytı

“Neftçi”nin istədiyi məşqçi “Şerif”i tərk etdi -Ayrılıq


Yuri Vernidub Moldovanın “Şerif” komandasının baş məşqçi postunu tərk edib.

Sportfm.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

Tərəflər arasında əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulduğu diqqətə çatdırılıb. “Şerif” ukraynalı mütəxəssisin Tiraspol təmsilçisinin tarixində daim qalacağını açıqlayıb və ona xidmətləri qarşılığında təşəkkür edərək, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Vernidub 2021/22 mövsümündə “Şerif”i tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə çıxarıb. Ukraynalı mütəxəssis “Neftçi”nin baş məşqçi postuna əsas namizədlərdən hesab olunur. 

Oxşar xəbərlər

“Şaxtyor” baş məşqçisini göndərdi - Müqaviləyə xitam verildi
"Qəbələ" Tiraspolda məşqə çıxdı
“Qəbələ” son məşqə çıxdı
"Qarabağ" Avroliqanın qrup mərhələsində!
"Qarabağ"dan fərqli olaraq "Şerif" meydana çıxdı və qalib gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər