reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" Tiraspolda məşqə çıxdı


“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsinin cavab oyunu öncəsi son məşqini keçirib.  

Sportfm.az xəbər verir ki, dünən matçın keçiriləcəyi Moldovanın Tiraspol şəhərinə çatan “qırmızı-qaralar” “Şerif”lə görüşün hazırlığını yekunlaşdırıb. Emin İmaməliyevin baş məşqçisi olduğu komanda matçın keçiriləcəyi “Şerif” stadionunun kiçik arenasında məşq edib. 

Sabah keçiriləcək “Şerif” -  “Qəbələ” qarşılaşması da kompleksin bu meydançasında baş tutacaq. Matç Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. 

Xatırladaq ki, oktyabrın 3-də Qəbələ şəhər stadionunda keçirilən ilk görüşdə qalib müəyyənləşməmişdi – 1:1.

 

Oxşar xəbərlər

"Qəbələ" növbəti mərhələdə
“Qəbələ” son məşqə çıxdı
"Qəbələ" səfərə çıxdı
"Qəbələ" - "Şerif": hakimlər açıqlandı
"Qəbələ"nin "Şerif"lə keçirəcəyi oyunların vaxtı bəlli oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər