reklam
Sportfm.az xəbər saytı

"Rəqiblərin güclü və zəif tərəflərini bilirik" -Maksim Medvedev


"Komandada əhval-ruhiyyə yaxşıdır. Futbolçular artıq klubları yaddan çıxarıblar və fikirlərini milliyə yönəldiblər. Yeni turnirə başlayırıq. Rəqibləri analiz etmişik. Onların güclü və zəif tərəflərini bilirik. Son iki gündə oyuna hazırlıq prosesi gedir. Bu gün isə sonuncu məşqimizdir". 

Sportfm.az xəbər verir ki, bu sözləri millimizin kapitanı Maksim Medvedev UEFA Millətlər Liqasının 1-ci turunda Qazaxıstanla səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

O, sabah ən optimal heyətlə mübarizə aparmağa çalışacaqlarını söyləyib: "İnanıram ki, komanda yoldaşlarım sabah ən yaxşı tərəfdən özlərini göstərəcəklər, “vuruşacaqlar”. 

Qeyd edək ki, sabah keçiriləcək Qazaxıstan - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Oxşar xəbərlər

"Çalışacağıq ki, uğurlu seriyanı davam etdirək” - Emin Mahmudov
""Neftçi" "Dinamo"dan güclü deyil" - Tsxadadze
"Roberto Bordin əla məşqçidir" - Canni De Byazi
"Bura yaxşı nəticə üçün gəlmişik" - Maksim Medvedev
Giya Tsedzadze:"Rəqibin zəif tərəflərini bilirik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər