reklam
Sportfm.az xəbər saytı

"Çalışacağıq ki, uğurlu seriyanı davam etdirək” -Emin Mahmudov


Azərbaycan milli komandasının yarımmüdafiəçisi Emin Mahmudov AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Avstriya yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Sportfm.az xəbər verir ki, “Neftçi”nin kapitanı bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Komanda olaraq oyuna tam hazırıq. Rəqibin oyunlarını izləmişik, üstün və zəif cəhətlərini bilirik. Son oyunlarda nümayiş etdirdiyimiz oyunumuzu davam etdirməliyik. Komandada əhval-ruhiyyə yaxşıdır. Avstriya yaxşı pressinqə malik rəqibdir, sıx oynayır. Təbii ki, əsas məsələ rəqibə oynamağa imkan verməməkdir. Son oyunlarda ardıcıl qələbə seriyası yaxalamışıq. Çalışacağıq ki, uğurlu seriyanı davam etdirək”.

Xatırladaq ki, sabah Linzdəki “Rayffayzen Arena”da keçiriləcək Avstriya – Azərbaycan matçına Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.

Oxşar xəbərlər

"Asan olacağını düşünmürük" - Emin Mahmudov
Qurban Qurbanov: “3:0 hesabı ilə qalib gəlməyimiz heç kimi aldatmamalıdır”
Adiyev yığmamızdan danışdı: "Qalib gəlmək mümkündür"
“Qalib gəlmək istəyirik” - Emin Mahmudov
"Dostluq yox, qardaşlıq oyunu" - Futbolçularımız Türkiyə ilə oyundan danışdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər