reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın sabiq futbolçusu separatçı çıxdı


"Qarabağ"ın sabiq futbolçusu Aleksandr Voskoboynik Ukraynadakı müharibədə ağır yaralanıb.

Sportfm.az xəbər verir ki, bu barədə rusiyalı tanınmış teleşərhçi Aleksey Andronov özünün şəxsi teleqram kanalında yazıb.

O bildirib ki, ukraynalı veteran hücumçu qondarma Donetsk və Luqansk Xalq respublikalarında səfərbərlik zamanı Rusiya ordusuna cəlb olunub. Voskoboyniklə yanaşı, digər sabiq forvard Vadim Sladki də döyüş əməliyyatlarına qatılıb.

İddiaya görə, guya hər iki futbolçu öz ölkələrinə qarşı vuruşmağa məcbur ediliblər. Donetskdəki küçə döyüşlərində Sladki öldürülüb, Voskoboynik isə ağır güllə yarası alıb. Onun paytaxt Moskvaya aparıldığı bildirilib.

Qeyd edək ki, Aleksandr Voskoboynik 2005-ci ildə "Qarabağ"ın formasını geyinib.

Oxşar xəbərlər

"Qarabağ"ın sabiq oyunçusu karyerasını başa vurdu - Millidə
Millinin sabiq futbolçusu oyun zamanı güllələndi - Olay
Daha bir futbolçu müharibədə həlak oldu - Müharibə
Aleksandr Səmədov "Lokomotiv"ə döndü
Millinin sabiq futbolçusu Latviya klubundan ayrıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər