reklam
Sportfm.az xəbər saytı

"Bursaspor" Namikə təzminat ödəyəcək


Türkiyənin "Bursaspor" klubu Azərbaycan millisinin futbolçusu Namik Ələskərova təzminat ödəyəcək.

Sportfm.az xəbər verir ki, səbəb 27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə vaxtından əvvəl xitam verilməsidir.

Müqaviləyə əsasən, bu halda "timsahlar" Ələskərova müəyyən məbləğdə ödəniş etməlidir. Lakin bunun hansı formada tənzimlənəcəyi tərəflər arasındakı danışıqlardan sonra müəyyənləşəcək.

Qeyd edək ki, Namik Ələskərov "Bursaspor"la ötən ilin yayında 2+1 illik sözləşmə imzalayıb. Bursa təmsilçisi II liqaya düşdüyündən və orada legionerlərin çıxışına icazə verilmədiyindən, əcnəbi oyunçularla yollar ayrılacaq. (report)

Oxşar xəbərlər

Namik Ələskərovla müqaviləyə xitam veriləcək
Namik ən yaxşılar sırasında - "Bursaspor"da
"Bursaspor" azarkeşləri baş məşqçiyə etiraz etdi - Namik Ələskərova görə
Namik Ələskərov Fatih Tekke ilə çalışacaq - Müqavilə
"Bursaspor" Namik Ələskərovu sifariş edə bilmir - Problem çözülməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər