Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Bursaspor" Namik Ələskərovu sifariş edə bilmir -Problem çözülməyib
"Neftçi"dən Türkiyənin "Bursaspor" klubuna keçən millimizin üzvü Namik Ələskərovun yeni komandasında debütü ləngiyir.
Sportfm.az xəbər verir ki, o, Türkiyə 1-ci liqasının 2-ci turunun bugünkü oyununu da buraxacaq. Buna səbəb Bursa təmsilçisinin 26 yaşlı yarımmüdafiəçini sifariş edə bilməməsidir.
Namik "Erzurumspor"la matç üçün səfərə aparılsa da, meydana çıxa bilməyəcək. Bu gün keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.
"Neftçi"nin mətbuat xidmətindən verilən açıqlamada da Ələskərovun transfer vərəqəsinin qarşı tərəfə verilmədiyi təsdiqlənib.
Qeyd edək ki, Namiq Ələskərov "Bursaspor"la 2 illik müqavilə imzalayıb. (report)
Oxşar xəbərlər
Namik Ələskərov "Bursaspor"da növbəti qolunu vurdu - VİDEO
Namik Ələskərovun komandası azarkeşlərin hücumuna məruz qaldı
Namik ən yaxşılar sırasında - "Bursaspor"da
Namik Ələskərovun debüt edəcəyi vaxt bilindi - Sifariş olundu
Namik Ələskərov ən bahalı "20-lik"də - 750 000 avro
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası