reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın hazırlıq planı bilindi -Çempionlar Liqası


Bu mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın hazırlıq planı bəlli olub.

Sportfm.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

O, komandanın Avstriyaya iyunun 20-də yollanacağını deyib: “Üç yoxlama oyunu keçirməyi nəzərdə tutmuşuq. Komandanın qayıtma tarixi isə Çempionlar Liqasındakı ilk rəqibimizdən asılıdır. Yəni birinci matçı harada keçirməyimiz və kimə qarşı oynamağımızdan asılı olaraq qərar veriləcək”.

Qeyd edək ki, "Qarabağ"ın ÇL-in 1-ci təsnifat mərhələsindəki rəqibi iyunun 14-də keçiriləcək püşkatmada bəlli olacaq. (qol.az)

Oxşar xəbərlər

"Qarabağ"ın hazırlıq planı müəyyən oldu
“Zirə"nin Avropa Liqasına hazırlıq planı
"Qarabağ"ın yay hazırlıq planı bəlli oldu
"Neftçi"nin hazırlıq planı bilindi
"Qarabağ"ın rəqibləri bəlli oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər