Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Avropa İttifaqı Kabayevaya qarşı sanksiyalar tətbiq edəcək -Putinə görə
Avropa İttifaqı keçmiş gimnast qadın, Rusiyanın "Milli Media Qrupu" mediaholdinqinin rəhbəri, Rusiya prezidenti Vladimir Putinin "faktiki həyat yoldaşı" Alina Kabayevaya qarşı sanksiyalar tətbiq etməyi təklif edib.
Sportfm.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.
"Milli Media Qrupu" Rusiyanın dövlət təbliğatını yayan və, demək olar ki, bütün Rusiya KİV- lərində payı olan holdinq şirkətidir.
Ona görə də Kabayeva Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünü sarsıdan hərəkətlərin dəstəklənməsinə görə məsuliyyət daşıyır", - Avropa İttifaqının sənədində deyilir.
Sənədə həmçinin qeyd edilir ki, gimnast qadın "Vladimir Putinlə sıx bağlıdır və faktiki olaraq onun mülki nikanda olan həyat yoldaşıdır".
Qeyd edilir ki, sanksiyalar sıyahısı Avropa ölkələrinin hökumətləri tərəfindən təsdiq edilməlidir və bundan öncə dəyişilə bilər .
"Bloomberg"in məlumatına görə, Avropa İttifaqının səfirləri bu gün, mayın 6- da görüşməli və Rusiyaya qarşı altıncı sanksiyalar paketini müzakirə etməlidir.
Bu paketə həmçinin ilin sonunadək Rusiya neftinin idxalının tədricən dayandırılması üzrə tədbirlər daxildir.
Xatırladaq ki, 2014- cü ildə Putinin dostu, "Rusiya" bankının direktorlar şurasının əsas səhmdarı və sabiq sədri, ABŞ, Avropa İttifaqı və bir sıra ölkələrin sanksiyaları siyahısına düşən miyardçı Yuri Kovalçuk Kabayevanı "Milli Media Qrupu"na rəhbər təyin edib.
Buna qədər Putinin sevgilisi yeddi il müddətində Rusiyanın hakim "Vahid Rusiya" partiyasından Dövlət Dumasının deputatı olub.
Oxşar xəbərlər
Kabayeva yeni sanksiyalar paketindən çıxarıldı - Qərar
Alina Kabayeva işdən çıxarıldı - Sanksiyalara görə
Alina Kabayeva İsveçrədən deportasiya olunacaq - Putinə görə
Putinin idmançı sevgilisi deport olunur
Putin təşkilatdakı vəzifəsindən kənarlaşdırıldı - Qərar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası













Misli Premyer Liqası