reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"dan 9-cu çempionluq -Azərbaycan Premyer Liqası


Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura start verilib.

Sportfm.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib. Əvvəlcə "Şamaxı" öz meydanında "Səbail"i sınağa çəkib. Oyunda qapılara qol vurulmayıb. 

Əsas diqqətlər isə günün ikinci matçına yönəlib. "Qarabağ" evdə "Sabah"ı qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb. Bu nəticə ilə Ağdam təmsilçisi sona 3 tur qalmış ən yaxın izləyicisi "Neftçi"ni 12 xal qabaqlayıb. Bununla da Qurban Qurbanovun komandası çempionluğunu rəsmiləşdirib. Bu, "Qarabağ"ın 9-cu, Qurban Qurbanovun baş məşqçiliyi altında 8-ci çempionluğudur. 

3 may (çərşənbə axşamı)

19:00.“Qarabağ” – “Sabah” - 1:1 

Qollar: Kadi Borqes, 47 (1:0), Kristian Da Silva, 60 (1:1)

Qırmızı vərəqə: Patrik Andrade, 57 - ikinci sarı vərəqə ("Qarabağ")
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
“Azersun Arena”

Oxşar xəbərlər

35-ci tura yekun vuruldu - Misli Premyer Liqası
"Qarabağ" "Kəpəz"ə qalib gəldi - Misli Premyer Liqası
Premyer Liqamızda mövsümə yekun vuruldu
"Zirə" "Qəbələ"yə, "Neftçi" "Sumqayıt"a qarşı - Premyer Liqa
Şamaxıda bərabərlik - Azərbaycan Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər