Çempionlar Liqasında yeni format
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin formatını dəyişə bilər.
Sportfm.az xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb. Bildirilib ki, qurum yarımfinalda iki oyundan ibarət matçların aradan qaldırılması imkanlarını nəzərdən keçirir. Əvəzində “Dördlər finalı”nın yaradılması nəzərdə tutulur: yarımfinaldakı görüşlərin sayı 1-ə endiriləcək. Eyni zamanda, yarımfinal və finalın bir həftə ərzində eyni şəhərdə keçirilməsi təklif olunur.
Pley-off mərhələsinin formatının dəyişdirilməsi ideyası Avropa Klublar Assosiasiyası (ECA) tərəfindən irəli sürülüb.
Pley-off formatında dəyişikliklər turnirin yeni sxem üzrə oynanılacağı 2024/25 mövsümündən tətbiq oluna bilər. Həmin mövsüm turnirdə iştirak edənlərin sayı 36 kluba yüksələcək.
Oxşar xəbərlər
Avrokuboklarda yeni format tətbiq ediləcək
UEFA-dan VAR-la bağlı yeni qərar - Açıqlama
Çempionlar Liqasının formatı dəyişdiriləcək
Çempionlar Liqasında komanda sayı artırılacaq - 32-dən 36-ya
Avrokubokların yeni formatı açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası