reklam
Avrokuboklarda yeni format tətbiq ediləcək
Sportfm.az xəbər saytı

Avrokuboklarda yeni format tətbiq ediləcək


UEFA avrokubokların formatının dəyişdirilməsi variantını nəzərdən keçirir.
Sportfm.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. Bildirilib ki, UEFA rəhbərləri və Avropa Klublar Assosiasiyası üç divizionun - Superliqa, Avropa Liqası və Namizədlər Liqasının tətbiqi variantını nəzərdən keçirir.

UEFA İcraiyyə Komitəsinin oktyabrın sonunda bu məsələni müzakirə etmək üçün toplaşacağı gözlənilir. Yeni formatın qəbul ediləcəyi təqdirdə onun 2027-ci ildən tez olmayan qüvvəyə minəcəyi gözlənilir.

Xatırladaq ki, 2024/2025 mövsümündən Çempionlar Liqasının yeni formatı qüvvədə olacaq. Turnirin əsas mərhələsində 36 klub iştirak edəcək. Yeni formata əsasən, hər klub 8 fərqli komandaya qarşı 8 oyun (4-ü öz meydanında, 4-ü rəqib meydanında) keçirəcək.

Qarşılaşmaların nəticələrinə əsasən, ümumi turnir cədvəli tərtib olunacaq. Ümumi mərhələdən ən yaxşı 8 yeri tutan komanda birbaşa 1/8 finala yüksələcək. Digər 8 vəsiqə uğrunda 9-24-cü yerlər tutan komandalar pley-off formatında mübarizə aparacaq.

Oxşar xəbərlər

UEFA-dan VAR-la bağlı yeni qərar - Açıqlama
Çempionlar Liqasında yeni format
Çempionlar Liqasında komanda sayı artırılacaq - 32-dən 36-ya
Çempionlar Liqası yeni formatda – UEFA təsdiqlədi
AFFA UEFA-nın təklifi ilə razılaşdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər