reklam
Avrokubokların yeni formatı açıqlandı
Sportfm.az xəbər saytı

Avrokubokların yeni formatı açıqlandı


2019/20 mövsümü üçün Çempionlar Liqası və Avropa Liqasının formatına təklif edilən təcili dəyişikliklərdən biri bəlli olub.

Sportfm.az xəbər verir ki, UEFA yarımfinaldan etibarən “Dördlər finalı” tətbiq edə bilər. Təklifə əsasən, yarımfinala kimi gələn komandalar arasında “Dördlər final”ı təşkil edilir. Bu turnir 3 oyundan (2 yarımfinal, 1 final) ibarət olacaq. Çempionlar Liqasının oyunlarının finalçı ev sahibi İstanbulda (Türkiyə), Avropa Liqasının matçlarının isə finalı qəbul edəcək Qdansk (Polşa) şəhərində keçirilməsi təklif olunur.

Bu məsələ UEFA-nın martın 17-də keçirəcəyi videokonfrans zamanı müzakirə ediləcək.

Xatırladaq ki, koronavirus səbəbindən UEFA avrokuboklarda bu həftə keçirilməli olan 1/8 finalın oyunlarını təxirə salıb.
 

Oxşar xəbərlər

Superkubokun formatında dəyişlik ediləcək
Çempionlar Liqasının formatı dəyişdiriləcək
Çempionlar Liqasında yeni format - Tezliklə
"Dördlər finalı" Almaniyada keçiriləcək
Avrokubokların formatı dəyişir - “Dördlər finalı” ola bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər