Millimizin nəticələri ləğv olundu -Yeni sanksiyalar
Azərbaycanın qadın futbolçulardan ibarət milli komandasının 2023-cü il dünya çempionatının Avropa təsnifat mərhələsində Rusiya ilə keçirdiyi oyunlarının nəticələri ləğv olunub.
Sportfm.az xəbər verir ki, bu, UEFA İcraiyyə Komitəsinin Rusiyaya tətbiq etdiyi yeni sanksiyalar nəticəsində baş verib.
Qərara əsasən, Rusiyanın qadınlardan ibarət yığması Danimarka, Bosniya və Herseqovina, Malta və Azərbaycanla birgə yer aldığı E qrupundan kənarlaşdırılıb. Bu komandanın apreldə Monteneqro və Malta ilə planlaşdırılmış 2 seçmə oyunu baş tutmayıb. Qonşu ölkə millisi seçmə mərhələdəki növbəti matçlarının da heç birinə buraxılmayacaq və bütün nəticələri qüvvədən düşmüş sayılacaq. Beləliklə, E qrupunda 6 deyil, 5 komanda yer alacaq.
Qeyd edək ki, Azərbaycan millisi Rusiyaya səfərdə 0:2, evdə isə 0:4 hesabı ilə uduzmuşdu.
Oxşar xəbərlər
Millimiz ilk qələbəsini qazandı - Dünya çempionatı
Azərbaycan yığması Monteneqroya qarşı - Dünya çempionatı
Qadın futbolçularımız yenə uduzdu - bu dəfə Montenegroya
Millimiz Danimarkaya qarşı - DÇ-2023
Millimiz Rusiyaya qarşı - DÇ-2023
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası