Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millimiz ilk qələbəsini qazandı -Dünya çempionatı
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.
Sportfm.az xəbər verir ki, 6-cı turda “Dalğa Arena”da Monteneqro millisi ilə qarşılaşan komandamız 1:0 hesabı ilə qələbə qazanıb. Millimizin qolunu oyunun 24-cü dəqiqəsində Ayşən Əhmədova vurub.
Qeyd edək ki, yığmamız əvvəlki 5 oyunun hamısından məğlub ayrılmışdı. Azərbaycan milli komandası Rusiyaya (0:2), Monteneqroya (0:2), Danimarkaya (0:8), Maltaya (1:2), Rusiyaya (0:4) uduzmuşdu.
Xal durumu: Danimarka – 15, Rusiya – 15, Monteneqro – 9, Bosniya və Herseqovina – 4, Malta – 4, Azərbaycan – 3.
Oxşar xəbərlər
Millimiz Maltaya qalib gəldi - Dünya çempionatı
Azərbaycan yığması Monteneqroya qarşı - Dünya çempionatı
Millimizdən növbəti məğlubiyyət - Dünya çempionatı
Millimizdən ardıcıl 4-cü məğlubiyyət - Dünya çempionatı
Millimiz Danimarkaya qarşı - DÇ-2023
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası