Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Cüdoçuların səhhətləri normaldır" -Kompleksin direktoru açıqladı
Aprelin 25-də Göygöl Olimpiya İdman Kompleksində bir qrup gənc cüdoçunun zəhərlənməsi ilə barədə yayılan xəbərlə bağlı kompleksin direktoru Mövlud Mirəliyev münasibət bildirib.
Sportfm.az xəbər verir ki, M.Mirəliyev deyib: “Dünən gənc idmançılar məşqdən sonra soyuq su içdikləri üçün mədələrində yüngül narahatlıq hiss ediblər. Onlar müayinə üçün xəstəxanaya aparılıblar və cəmi 2 saat ərzində müayinə olunduqdan sonra kompleksə geri qayıdıblar. Həmin idmançıların səhhətləri normaldır, özlərini yaxşı hiss edirlər hazırda məşqlərinə davam edirlər. Buna baxmayaraq, onlardan götürülmüş nümunələr test üçün laboratoriyaya göndərilib. Nəticəsi barədə əlavə informasiya veriləcək”.
Oxşar xəbərlər
Göygöldə idmançılar qidadan zəhərləndi - Hadisə
"Qələbənin dadı məğlubiyyətlər olmadan hiss edilmir" - Rüstəm Orucov
Gimnastlarımızın AÇ-də iştirakı ləğv olundu - Testləri pozitiv çıxdı
Mövlud Mirəliyev yeni vəzifəyə təyin olundu
Premyer Liqada oynayan 16 futbolçunun test nümunələri Almaniyaya göndərildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası