reklam
Göygöldə idmançılar qidadan zəhərləndi -
Sportfm.az xəbər saytı

Göygöldə idmançılar qidadan zəhərləndi -Hadisə


Göygöldə 15 idmançı qidadan zəhərlənib.

Sportfm.az xəbər verir ki, bu barədə rayon prokurorluğundan məlumat verilib.

Aprelin 25-i saat 12 radələrində Göygöl Rayon Mərkəzi Xəstəxanasından 15 nəfər şəxsin dəqiqləşdirilməmiş “qida zəhərlənməsi” diaqnozu ilə müraciət etməsi barədə Göygöl rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Cüdo idman növü üzrə Azərbaycan çempionatına hazırlıq məqsədilə Göygöl Rayon Olimpiya İdman Kompleksində təşkil olunmuş təlim-məşq toplanışında iştirak edən müxtəlif bölgələrdən olan 15 nəfər gənc idmançı qeyd edilən tarixdə ürəkbulanma, hərarət və qusma əlamətləri ilə xəstəxanaya müraciət etmiş, həmin şəxslər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışlar.

Zəhərlənmənin hansı səbəbdən baş verməsini müəyyən etmək məqsədilə müvafiq nümunələr götürülərək laborator müayinəsinə göndərilmişdir.

Faktla bağlı Göygöl rayon prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər

Polis Bakıda futbolçunu soyanları saxladı - 2 azyaşlı ifadə verəcək
Bakıda idmana getmək adıyla evdən çıxan 14 yaşlı qız... Dəhşətli olay
Şəmkirdə yeni futbol klubu yaradılıb - FOTO
Biləsuvar rayonunda veloyürüş keçirildi
Tovuzda futzal turnirinin qalibləri məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər