"Qələbənin dadı məğlubiyyətlər olmadan hiss edilmir" -Rüstəm Orucov
"Zədəmi yenicə sağaltmışam. Hazırda 80 faiz hazırlıqlı olduğumu deyə bilərəm. Bərpa olunmağa və məşq etməyə başlamışam. Daha bir tsikldə mübarizə aparacağımı düşünürəm".
Sportfm.az xəbər verir ki, bunu Azərbaycan cüdoçusu Rüstəm Orucov jurnalistlərə açıqlamasında deyib. 30 yaşlı idmançı bərpa olunduqdan sonra ilk yarışının Bakıda keçiriləcək Böyük Dəbilqəyə təsadüf edəcəyini bildirib: "16-17 oktyabrda Fransanın paytaxtı Parisdə keçiriləcək Böyük Dəbilqəyə zədə üzündən gedə bilməyəcəyəm. 5 - 7 noyabrda Bakıda təşkil olunacaq analoji yarışadək bərpa olunacağımı və doğma publika önündə çıxış edə biləcəyimi düşünürəm. Yeni məşqçilərimiz Mövlud Mirəliyev, Elçin İsmayılov və Elxan Rəcəbli dünya səviyyəlidirlər. Onlarla işləmək asan və xoşdur. Çünki özləri məni, mən isə onları tanıyıram. İndi yüklənmələr əvvəlkindən iki qat artıqdır. Mirəliyev elə bir insandır ki, idmançıların imkanlarından xəbərdardır. Ona görə də yüklənməni çox yaxşı verir. "Olimpiadadan sonra toparlanmaq ağır oldu. Amma qələbənin dadı məğlubiyyətlər olmadan hiss edilmir. Qorxulu bir şey yoxdur, özümüzü yenə göstərəcəyik. 3 dünya və 3 Avropa çempionatı, İslam Həmrəyliyi Oyunları və Avropa Oyunları olacaq. Ona görə də növbəti olimpiadaya kökləndiyimi deməyim üçün tezdir. Hələlik özümü dünya çempionatı və İslamiadada göstərmək niyyətindəyəm".
Oxşar xəbərlər
"Bizim çox yaxşı gənc güləşçilərimiz var" - Millinin baş məşqçisi
"Cüdoçuların səhhətləri normaldır" - Kompleksin direktoru açıqladı
"Avropa çempionatında medallar qazanmaq istəyirəm" - Orxan Səfərov
"Azərbaycana olimpiya medalı gətirəcəyəm" - Nazim Babayev
Növbəti İslam Oyunlarının harada keçiriləcəyi məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası