Azərbaycan Qran-prisi rəsmən ləğv olunub - Formula 1
Formula-1 üzrə dünya çempionatının Azərbaycan Qran-prisi ləğv olunub.
Sportfm.az xəbər verir ki, bu barədə yarış təşkilatçıları bəyanat yayıb.
Bildirilib ki, 2020-ci ildə Sinqapur və Yaponiya ilə yanaşı, Azərbaycan Qran-prisi ləğv olunub.
Bakı Şəhər Halqası isə açıqlamasında qeyd edib ki, COVİD-19 pandemiyası səbəbindən “Formula-1” Azərbaycan Qran-prisi 2020 ləğvindən böyük təəssüf hissi keçirir: “Yarışımızın 2020-ci ildə baş tutması üçün hər fürsəti araşdırdıq, lakin bütün səylərimizə baxmayaraq bunun mümkün olmayacağını anladıq. Azərbaycan xalqının, dəyərli Formula-1 azarkeşlərinin, həmçinin Formula-1 əməkdaşlarının sağlamlığı və təhlükəsizliyi naminə bu qərarı verməli olduq. 2021-ci ildə mövsümün ən yaxşı yarışını keçirmək üçün böyük əzmlə çalışmağa davam edəcəyik”.
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 5-7-də keçirilməli olsa da, koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı. Dünya çempionatının hələlik ilk 8 mərhələsinin – Avstriya (3-5 iyul, 10-12 iyul), Macarıstan (17-19 iyul), Böyük Britaniya (31 iyul-2 avqust, 7-9 avqust), İspaniya (14-16 avqust), Belçika (28-30 avqust) və İtaliya Qran-prisinin (4-6 sentyabr) tarixi isə təsdiqlənib.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |