reklam
Sportfm.az xəbər saytı

"Bu gün Azərbaycan üçün oynayacağam" -Polina Rəhimova


Azərbaycan yığmasının sabiq voleybolçusu Polina Rəhimova şəxsi "Facebook" səhifəsində son vaxtlar cəbhədə baş verən hadisələrlə bağlı Milli Ordumuza dəstək verib.

Sportfm.az xəbər verir ki, dövlət himnindən sitat paylaşan 30 yaşlı hücumçu bugünkü matçda meydana Vətən üçün çıxacağını bildirib.

Braziliyanın "Sesi" klubunun formasını geyinən Rəhimova xalqımıza tezliklə sülh arzuladığını qeyd edib: "Namusunu hifz etməyə, Bayrağını yüksəltməyə... Şanlı Vətən!!! Azerbaycan!!!  Bu gün mənim üçün karantindən və uzun fasilədən sonra ilk oyundur. Matç zamanı bayrağımızı asmağımıza icazə verməsələr də, bu gün qəhrəmanlarımız kimi ölkəm üçün oynayacağam! Azərbaycan, mən səninləyəm! Bu gün hamımız birlikdə olmalıyıq! Hamıya tezliklə sülh arzulayıram. Mən müharibənin əleyhinəyəm"!

Oxşar xəbərlər

Millimizin sabiq üzvündən xeyriyyə çağırışı - "Ukraynaya birlikdə dəstək olaq"
Millimizin üzvü Braziliya klubunda - Müqavilə
Avropa çempionu qızıl medalını Ordu üçün hərraca çıxarır - "Ordumuza dəstək üçün bütün fədakarlıqlara getməyə hazır olmalıyıq"
Voleybolçumuz milli karyerasını başa vurur - Açıqladı
Polina Rəhimova: "Fənərbaxça"nın üzvü olduğum üçün xoşbəxtəm"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər