reklam
Sportfm.az xəbər saytı

"Reyncers" yarımfinala çıxdı -Avropa Liqası


UEFA Avropa Liqasında yarımfinal mərhələsinin bütün iştirakçıları bəlli olub.

Sportfm.az xəbərt verir ki, son olaraq Şotlandiya "Reyncers"i adını növbəti mərhələyə yazdırıb.

Qlazqo təmsilçisi 1/4 finalın cavab oyununda Portuqaliya "Braqa"sı ilə qarşılaşıb. Görüşün əsas vaxtı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk matçda portuqaliyalılar minimal hesabla qalib gəldiyindən əlavə vaxt oynanılıb. 101-ci dəqiqədə daha bir qol vuran Şotlandiya təmsilçisi yekunda 3:1 hesablı qələbəyə sevinib.

Beləliklə, yarımfinalda "Reyncers" və İngiltərə "Vest Hem"i müvafiq olaraq, Almaniyanın "Leyptsiq" və "Ayntraxt" klubları ilə üz-üzə gələcək.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq.

Oxşar xəbərlər

"Leyptsiq" "Reyncers"i məğlub etdi - Avropa Liqası
"Barselona" autda qaldı - Avropa Liqası
"Barselona" "Ayntraxt"la, "Lion" "Vest Hem"lə bərabərə qaldı - Avropa Liqası
Avropa Liqasında 1/4 final mərhələsinin oyunları keçiriləcək
Avroliqada 1/4 və 1/2 final cütlükləri - Püşkatma

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər