reklam
Sportfm.az xəbər saytı

"Barselona" "Ayntraxt"la, "Lion" "Vest Hem"lə bərabərə qaldı -Avropa Liqası


UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları başa çatıb.

Sportfm.az xəbər verir ki, son 3 görüşdə 2 heç-heçə, 1 qələbə qeydə alınıb.

İspaniya "Barselona"sı Almaniyada "Ayntraxt"la bərabərə qalıb - 1:1. Matçda hesabı 48-ci dəqiqədə meydan sahiblərinin heyətində Ansqar Knauff açıb. Qonaqlardan isə 66-cı dəqiqədə Ferran Torres fərqlənib.

İngiltərədə "Vest Hem" və Fransa "Lion"u arasındakı oyunda da qalib müəyyənləşməyib. Yeganə qələbəni Portuqaliya "Braqa"sı evdə qazanıb. Meydan sahibləri Şotlandiya "Reyncers"ini məğlub ediblər.

Avropa Liqası, 1/4 final

İlk oyunlar

7 aprel

20:45. "Leyptsiq" (Almaniya) - "Atalanta" (İtaliya) - 1:1

Qollar: Davide Zappakosta, 58 (avtoqol) - Luis Muriel, 17

23:00. "Ayntraxt" (Almaniya) - "Barselona" (İspaniya) - 1:1

Qollar: Ansqar Knauff, 48 - Ferran Torres, 66

Qırmızı vərəqə: Tuta, 78 ("Ayntraxt")

23:00. "Vest Hem" (İngiltərə) - "Lion" (Fransa) - 1:1

Qollar: Carrod Bouen, 52 - Tanqi Ndombele, 66

Qırmızı vərəqə: Aaron Kressuell, 45+3 ("Vest Hem")

23:00. "Braqa" (Portuqaliya) - "Reyncers" (Şotlandiya) - 1:0

Qol: Abel Ruis, 40

Qeyd edək ki, cavab görüşləri aprelin 14-də oynanılacaq.

Oxşar xəbərlər

"Barselona" autda qaldı - Avropa Liqası
"Barselona" "Ayntraxt"a, "Atalanta" "Leyptsiq"ə qarşı - Avropa Liqası
Avropa Liqasında 1/4 final mərhələsinin oyunları keçiriləcək
Avroliqada 1/4 və 1/2 final cütlükləri - Püşkatma
"Qalatasaray" "Barselona" ilə bərabərə qaldı, "Atalanta" qələbə qazandı - Avropa Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər