

Avroliqada 1/4 və 1/2 final cütlükləri -Püşkatma
Bu gün Avropa Liqasında 1/4 və 1/2 final mərhələlərinin püşkatma mərasimi keçiriləcək.
Sportfm.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. Bu mövsümün son püşkatmasında komandalar səbətlərə bölünməyəcək və eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola biləcəklər.
Mərasimdə həmçinin final oyununun nominal meydan sahibini müəyyənləşdirmək üçün püşkatma keçiriləcək.
Qeyd edək ki, 1/4 final matçları aprelin 7-si və 14-də, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq. Final görüşü isə mayın 18-də İspaniyanın Sevilya şəhərindəki "Roman Sançes-Pisxuan" stadionunda oynanılacaq.
Avropa Liqası
1/4 final
"Leyptsiq" (Almaniya) - "Atalanta" (İtaliya)
"Ayntraxt" (Almaniya) - "Barselona" (İspaniya)
"Vest Hem" (İngiltərə) - "Lion" (Fransa)
"Braqa" (Portuqaliya) - "Reyncers" (Şotlandiya)
Yarımfinal
1. "Leyptsiq" (Almaniya) - "Atalanta" (İtaliya) / "Braqa" (Portuqaliya) - "Reyncers" (Şotlandiya)
2. "Vest Hem" (İngiltərə) - "Lion" (Fransa) / "Ayntraxt" (Almaniya) - "Barselona" (İspaniya)
Final
2-ci cütün qalibi - 1-ci cütün qalibi
Oxşar xəbərlər
"Barselona" "Ayntraxt"a, "Atalanta" "Leyptsiq"ə qarşı - Avropa Liqası
"Barselona" "Ayntraxt"la, "Lion" "Vest Hem"lə bərabərə qaldı - Avropa Liqası
Avropa Liqasında 1/4 final mərhələsinin oyunları keçiriləcək
1/4 və 1/2 final cütlükləri bəlli olacaq - Avropa Liqasının püşkü atılacaq
"Barselona" "Qalatasaray"a rəqib oldu - Avropa Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ayxan Abbasov millinin baş məşqçisi təyin edildi – RƏSMİ
-
“Qarabağ”ın daha 4 futbolçusu millidə
-
"AFFA rəhbərliyinə təşəkkür edirəm" - Ayxan Abbasov
-
Belarus millisinin Azərbaycanla oyun üçün yekun heyəti - SİYAHI
-
Niderlandın matçını azərbaycanlı hakim idarə edəcək - TƏYİNAT
-
"Mingəçevir" 4-cü qələbəsini qazandı