

Avropa Liqasında 1/4 final mərhələsinin oyunları keçiriləcək
Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.
Sportfm.az xəbər verir ki, bütün görüşlər eyni gündə baş tutacaq.
Gecənin ilk matçı Almaniyada "Leyptsiq" və İtaliya "Atalanta"sı arasında olacaq. İspaniya "Barselona"sı isə sözügedən ölkədə "Ayntraxt"ın qonağı olacaq.
Digər oyunlarda isə İngiltərə "Vest Hem"i Fransa "Lion"unu, Portuqaliya "Braqa"sı isə Şotlandiya "Reyncers"ini qəbul edəcək.
Avropa Liqası, 1/4 final
İlk oyunlar
7 aprel
20:45. "Leyptsiq" (Almaniya) - "Atalanta" (İtaliya)
23:00. "Ayntraxt" (Almaniya) - "Barselona" (İspaniya)
23:00. "Vest Hem" (İngiltərə) - "Lion" (Fransa)
23:00. "Braqa" (Portuqaliya) - "Reyncers" (Şotlandiya)
Qeyd edək ki, cavab görüşləri aprelin 14-də oynanılacaq.
Oxşar xəbərlər
"Barselona" autda qaldı - Avropa Liqası
"Barselona" "Ayntraxt"a, "Atalanta" "Leyptsiq"ə qarşı - Avropa Liqası
"Barselona" "Ayntraxt"la, "Lion" "Vest Hem"lə bərabərə qaldı - Avropa Liqası
Avroliqada 1/4 və 1/2 final cütlükləri - Püşkatma
"Barselona" "Qalatasaray"a rəqib oldu - Avropa Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin