

"Leyptsiq" "Reyncers"i məğlub etdi -Avropa Liqası
Bu gün Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.
Sportfm.az xəbər verir ki, ilk oyunların ikisi də eyni gündə keçirilib. "Leyptsiq" "Reyncers" qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. "Vest Hem" isə "Ayntraxt"ı sınağa çəkib və 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab görüşləri mayın 5-də oynanılacaq.
UEFA Avropa Liqası, yarımfinal
İlk oyunlar
28 aprel
23:00. "Leyptsiq" (Almaniya) - "Reyncers" (Şotlandiya) - 1:0
Qol: Anxelino, 85
Baş hakim: Benua Bastyen (Fransa)
Leyptsiq, "Red Bull Arena"
23:00. "Vest Hem" (İngiltərə) - "Ayntraxt" (Almaniya) - 1:2
Qollar: Knauff, 1 (0:1), Antonio, 21 (1:1), Kamada, 54 (1:2)
Baş hakim: Sərdar Gözüböyük (Niderland)
London, "Vest Hem" stadionu
Oxşar xəbərlər
Avropa Liqasında yarımfinal başlayır - Oyunlar eyni vaxtda
"Barselona" "Ayntraxt"a, "Atalanta" "Leyptsiq"ə qarşı - Avropa Liqası
"Barselona" "Ayntraxt"la, "Lion" "Vest Hem"lə bərabərə qaldı - Avropa Liqası
Avropa Liqasında 1/4 final mərhələsinin oyunları keçiriləcək
Avroliqada 1/4 və 1/2 final cütlükləri - Püşkatma
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin