Avropa birinciliyində iştirak edəcək boksçular məlum oldu -SİYAHI
Aprelin 13-də Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək gənc boksçular arasında Avropa birinciliyində iştirak edəcək Azərbaycan millisinin heyəti bəlli olub.
Sportfm.az xəbər verir ki, 10 gün davam edəcək yarışda yığma tam heyətlə qüvvəsini sınayacaq.
Bakıda və Ərzurumda keçirilən təlim-məşq toplanışlarına əsasən baş məşqçi Elbrus Rzayev qitə birinciliyində Kənan Babayev (48 kq), Amin Məmmədzadə (51 kq), Kamil Babayev (54 kq), Arif Bayramov (57 kq), Aslan Quliyev (60 kq), Zaur Qəhrəmanov (63,5 kq), Səid Abdullayev (67 kq), Daniel Xolostenko (71 kq), Ənvər Babayev (75 kq), Sərxan Budaqov (80 kq), Fətəli İsmayılov (86 kq), Məmməd Quliyev (92 kq) və Səbuhi Əlizadəyə (+92 kq) şans verəcək.
Komanda Sofiyaya aprelin 11-də Türkiyədən yola düşəcək. Yığmaya İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edəcək.
Qeyd edək ki, Bakıdakı hazırlığın ardınca Ərzuruma yollanan milli buradakı məşqləri aprelin 10-da bitirəcək. Türkiyə və Əlcəzair yığmaları ilə birgə toplanışda olan komanda bu gündən bərpaedici məşqlərə start verib.
Oxşar xəbərlər
Boksçularımız dünya çempionatında döyüşəcək
Azərbaycan yığmasının beynəlxalq turnir üçün heyəti - SİYAHI
Gənc boksçuların Azərbaycan birinciliyi başa çatdı - NƏTİCƏLƏR
Azərbaycan birinciliyində finalçılar bilindi - Boks üzrə
Avropa birinciliyində iştirak edəcək boksçularımız müəyyənləşdi - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası