Avropa birinciliyində iştirak edəcək boksçularımız müəyyənləşdi -SİYAHI
Rumıniyanın Qalati şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyində iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.
Sportfm.az xəbər verir ki, komandanın baş məşqçisi Vaqif Kazımov 11 boksçuya şans verəcək.
Qitə birinciliyində Nicat Hüseynov (46), Səid Abdullayev (48 kq), Zaur Qəhrəmanov (50 kq), Əsəd Ağayev (52 kq), Zəlimxan Süleymanov (54 kq), Turğay Mirzəyev (57 kq), Elməddin Ağayev (60 kq), İsa Novruzlu (63 kq), Səyadulla Nəsirov (66 kq), Rəmiş Cəfərov (70 kq) və Cəfər Heydərli (80 kq) rinqə çıxacaqlar.
Artıq Rumıniyaya yollanan kollektiv iyunun 2-də Bakıya qayıdacaq.
Qeyd edək ki, Avropa birinciliyində mayın 24 - 28-də təsnifat mərhələsinin döyüşləri olacaq. Mayın 29-da istirahət edəcək boksçular növbəti 2 gündə yarımfinal görüşlərinə çıxacaqlar. İyunun 1-də isə qaliblərin adları bilinəcək.
Oxşar xəbərlər
Tennisçilərimiz Avropa birinciliyində iştirak edəcək
Azərbaycan yığmalarının heyəti açıqlandı - Avropa birinciliyi
Avropa birinciliyində iştirak edəcək boksçular məlum oldu - SİYAHI
Qılıncoynadanlarımız Avropa birinciliyində iştirak edəcəklər
8 kişi, 2 qadın Tırqu-Jiu-da rinqə çıxacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası