reklam
Bundan sonra kapitan Hakan olacaq -
Sportfm.az xəbər saytı

Bundan sonra kapitan Hakan olacaq -Dəyişiklik


Futbol üzrə Türkiyə milli komandasının yeni kapitanı müəyyənləşib.

Sportfm.az xəbər verir ki, Burak Yılmazın millidəki karyerasını başa vurmasından sonra yeni kapitan Hakan Çalhanoğlu seçilib.

"İnter"in 27 yaşlı futbolçusu İtaliya ilə yoxlama oyunu öncəsi keçirilən mətbuat konfransında bu barədə danışıb.

"Kapitan olmağın məsuliyyətini anlayıram və bu sarğını qürurla daşıyacağam. Hər kəs öz üzərinə məsuliyyəti götürməlidir, ancaq hər kəsdən birinci bunu mən etməliyəm. 2015-ci ildən bu formanı geyinirəm. Zaman tez keçir. Emre Belözoğlu və Arda Turanla oynadım. Bu ay da Burak Yılmaz millidən ayrıldı", - Çalhanoğlu bildirib.

Qeyd edək ki, 36 yaşlı B.Yılmaz DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Portuqaliya ilə matçdan (1:3) sonra millidəki karyerasını başa vurduğunu açıqlayıb.

Oxşar xəbərlər

Burak Yılmaz Niderland klubunda - 5 illik müqavilə
Burak Türkiyəyə qayıdır - “Beşiktaş”da oynayacaq
Burak Yılmaz millidən getdi - "Bunun doğru qərar olduğunu düşünürəm"
"Lill"in ən yaxşı oyunçusu - Burak Yılmaz
Burak Ronaldonu keçdi - Qolların sayını 5-ə çatdırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər