reklam
Burak Yılmaz millidən getdi -
Sportfm.az xəbər saytı

Burak Yılmaz millidən getdi -"Bunun doğru qərar olduğunu düşünürəm"


Türkiyə millisinin və "Lill"in futbolçusu Burak Yılmaz yığmadakı karyerasını başa vurub. 

Sportfm.az xəbər verir ki, 37 yaşlı hücumçu bu barədə özü açıqlama yayıb. Yılmaz ötən gecə DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Portuqaliyaya uduzduqları matçdan (1:3) sonra bunları deyib: 

"Bu gün son oyunumu keçirdim. Milli karyeramdakı son nöqtəni qoydum. Belə bir matçdan sonra yığma ilə vidalaşmaq istəməzdim. Amma bunun doğru qərar olduğunu düşünürəm". 

Qeyd edək ki, Burak Yılmaz 2006-cı ildən Türkiyə millisinin formasını geyinirdi. 

Oxşar xəbərlər

Burak Yılmaz Niderland klubunda - 5 illik müqavilə
Burak Türkiyəyə qayıdır - “Beşiktaş”da oynayacaq
Burak Yılmaz "Lill"də qalacaq - AÇIQLAMA
"Lill"in ən yaxşı oyunçusu - Burak Yılmaz
Burak Ronaldonu keçdi - Qolların sayını 5-ə çatdırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər