reklam
Burak Türkiyəyə qayıdır -
Sportfm.az xəbər saytı

Burak Türkiyəyə qayıdır -“Beşiktaş”da oynayacaq


Türkiyə millisinin sabiq futbolçusu və “Lill”də çıxış edən Burak Yılmaz ölkəsinə geri dönəcək.

Sportfm.az xəbər verir ki, Yılmaz karyerasını “Beşiktaş”da davam etdirə bilər. “Beşiktaş”ın prezidenti Ahmed Nur Çebi mövsümün sonunda Fransa klubundan ayrılacaq oyunçunu “qara qartallar”a gətirəcək. Burakın Liqa 1 təmsilçisi ilə sözləşməsi bu yay başa çatır.

Qeyd edək ki, Burak Yılmaz “Lill”in heyətində Fransa çempionu və kubokunun qalibi olub. O, daha əvvəl 2005/2008, 2019/2020-ci illər aralığında “Beşiktaş”da oynayıb.

Yılmaz DÇ-2022-nin Türkiyə – Portuqaliya oyunundan sonra (1:3) millidəki karyerasını bitirib.

Oxşar xəbərlər

Burak Yılmaz Niderland klubunda - 5 illik müqavilə
Burak Yılmaz millidən getdi - "Bunun doğru qərar olduğunu düşünürəm"
"Lill" azarkeşlərinin Burak sevgisi - VİDEO
Burak Yılmaz Türkiyəyə qayıdır - İddia
Burak Yılmaz “Beşiktaş”ı Fransa klubuna dəyişdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər