Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İtaliya yığmasında koronavirus şoku -Yoluxma
Futbol üzrə İtaliya milli komandasının iki əməkdaşı koronavirusa yoluxub.
Sportfm.az xəbər verir ki, yığmanın COVID-19 testi müsbət çıxmış nümayəndələri karantinə alınıb. Millinin düşərgəsində olan futbolçular isə əlavə testdən keçməli olacaqlar.
Qeyd edək ki, martın 24-də İtaliya yığması dünya çempionatının pley-off mərhələsinin yarımfinal matçında Şimali Makedoniya ilə üz-üzə gələcək. Qələbə təqdirində, baş məşqçi Roberto Mançininin komandası Portuqaliya - Türkiyə qarşılaşmasının qalibi ilə finalda görüşəcək. Dünya çempionatı 21 noyabr - 18 dekabrda olacaq.
Oxşar xəbərlər
Daha 4 finalçısı müəyyənləşdi - DÇ-2022
Pley-off oyunlarının başlama saatları məlum oldu - DÇ-2022
Türkiyə Portuqaliya ilə düşdü - DÇ-2022
“Yuventus”da koronavirus şoku - Karantinə alındı
Gürcüstan yığmasında koronavirus şoku - 2 oyunçuda yoluxma
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası