Yığmamız TOP-8-də
Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir.
Sportfm.az xəbər verir ki, martın 13-də start götürən yarışda oğlan idmançılar arasında yarımfinal döyüşlərinin yekununa əsasən finalda təmsil olunacaq ölkələrin siyahısı açıqlanıb.
Avropa çempionatında 13 çəkidən 7-də mübarizə aparan millimizin 2 boksçusu həlledici döyüşdə iştirak hüququ qazanıb. Yığmamız bu nəticə ilə 39 ölkə arasında finalda ən çox təmsilçisi olacaq 8 komandadan biridir.
Ümumilikdə isə cəmi 15 ölkənin boksçusu çempionluq üçün döyüşəcək. Bu siyahıda 3-8-ci yerləri bölüşən Azərbaycanı yalnız Ukrayna və İtaliya qabaqlayır.
Qeyd edək ki, Poreçdə keçirilən Avropa çempionatında final qarşılaşmaları martın 23-də olacaq. Həmin gün Nicat Hüseynov (51 kq) gürcüstanlı Lekso Xasaya ilə, Ruslan Qədirov (54 kq) türkiyəli Samet Gümüşlə döyüşəcək.
Finalda təmsil olunacaq ölkələrin siyahısı
- Ukrayna – 4 boksçu
- İtaliya – 3
3-8. Azərbaycan – 2
Gürcüstan – 2
Türkiyə – 2
Bolqarıstan – 2
Uels – 2
Ermənistan – 2
9-15. Danimarka – 1
Xorvatiya – 1
İsrail – 1
Almaniya – 1
Avstriya – 1
Niderland – 1
İrlandiya – 1
Oxşar xəbərlər
Avropa çempionatı: Azərbaycan 4-cü oldu
Avropa çempionatında 4 medal
Azərbaycan yığması "Top-8"də - Avropa çempionatı
Avropa çempionatında ilk rəqiblər bəlli oldu - SİYAHI
Azərbaycanlı boksçu erməniyə rəqib oldu - Avropa çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin