reklam
Avropa çempionatı:
Sportfm.az xəbər saytı

Avropa çempionatı:Azərbaycan 4-cü oldu


orvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək oğlan boksçular arasında Avropa çempionatı başa çatıb. 11 gün davam edən yarışın yekununa əsasən medal əldə edən ölkələrin siyahısı açıqlanıb.

Boks federasiyasından Sportfm.az-a verilən məlumata görə, Avropa çempionatında 13 çəkidən 7-də təmsil olunan Azərbaycan yığması 4 medala yiyələnib. Hesabına 1 qızıl, 1 gümüş və 2 bürünc mükafat yazan komanda medal sıralamasına görə qitə birinciliyini 4-cü pillədə başa vurub. Milli komanda bu yerə Bolqarıstan və Gürcüstanla şərikdir.

Ümumilikdə 20 ölkə Xorvatiyada medala sahib olub. Onlardan isə cəmi 11-i çempionluq sevinci yaşayıb. Siyahıda birinci yeri İtaliya yığması tutub. İlk üçlükdə Türkiyə və Ukrayna milliləri yer alıblar.

Azərbaycan millisində Nicat Hüseynov (51 kq) qızıl, Ruslan Qədirov (54 kq) gümüş, Cəlal Qurbanov (63,5 kq) və Nəbi İsgəndərov (67 kq) bürünc medal qazanıb.

Oxşar xəbərlər

Azərbaycanın boks yığması özünün tarixi rekordunu təkrarlayıb
Avropa çempionatında 4 medal
Azərbaycan yığması "Top-8"də - Avropa çempionatı
Boks yığmamız Avropanın dördüncüsü oldu
Azərbaycanın boks millisi Avropada birinci oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər