reklam
Azərbaycan yığması
Sportfm.az xəbər saytı

Azərbaycan yığması "Top-8"də -Avropa çempionatı


Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatında yarımfinal döyüşlərinin yekununa əsasən finalda təmsil olunacaq ölkələrin siyahısı açıqlanıb.

Sportfm.az xəbər verir ki, yarışda 13 çəkidən 7-də mübarizə aparan Azərbaycan milli komandasının 2 boksçusu həlledici döyüşdə iştirak hüququ qazanıb. Yığma bu nəticə ilə 39 ölkə arasında finalda ən çox təmsilçisi olacaq 8 komandadan biridir.

Ümumilikdə isə cəmi 15 ölkənin boksçusu çempionluq üçün döyüşəcək. Bu siyahıda 3-8-ci yerləri bölüşən Azərbaycanı yalnız Ukrayna və İtaliya qabaqlayır.

Qeyd edək ki, Avropa çempionatında final qarşılaşmaları martın 23-də olacaq. Nicat Hüseynov (51 kq) gürcüstanlı Lekso Xasaya ilə, Ruslan Qədirov (54 kq) türkiyəli Samet Gümüşlə döyüşəcək.
Avropa çempionatı, U-22
Finalda təmsil olunacaq ölkələrin siyahısı

1. Ukrayna – 4 boksçu
2. İtaliya – 3
3-8. Azərbaycan – 2
Gürcüstan – 2
Türkiyə – 2
Bolqarıstan – 2
Uels – 2
Ermənistan – 2
9-15. Danimarka – 1
Xorvatiya – 1
İsrail – 1
Almaniya – 1
Avstriya – 1
Niderland – 1
İrlandiya – 1

Oxşar xəbərlər

Avropa çempionatı: Azərbaycan 4-cü oldu
Avropa çempionatında 4 medal
Yığmamız TOP-8-də
Avropa çempionatında ilk rəqiblər bəlli oldu - SİYAHI
Azərbaycanlı boksçu erməniyə rəqib oldu - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər