reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" “Zirə” səfərində -YENİLƏNİR


Bu gün Azərbaycan Premyer Liqasında XX tura yekun vurulacaq.

Sportfm.az xəbər verir ki, ikinci gündə iki matç baş tutacaq.

Bununla milli komandaların oyunları ilə əlaqədar çempionatda fasilə yaranacaq.

İlk olaraq ikinci “dördlük”də qərarlaşan “Sabah”la “Səbail” üz-üzə gələcək. “Sabah”ın avrokuboklara qalan cüzi şansını davam etdirmək üçün qalibiyyətdən başqa yolu yoxdur. Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Səbail” isə 7-ci yerdəki “Sumqayıt”a çatmaqdan ötrü mütləq qələbə qazanmalıdır.

Turun mərkəzi görüşü Zirədə keçiriləcək. Lider “Qarabağ” gümüş medala iddia edən “Zirə”nin qonağı olacaq. Rəşad Sadıqovun yetirmələri bir gün əvvəl itirdikləri ikinci pillədəki mövqeyini qaytarmaq üçün Ağdam təmsilçisini məğlub etməyə çalışacaq. Qurban Qurbanovun kollektivi isə səfərdən 3 xalla dönməklə, liderliyini möhkəmlətməyi hədəfləyəcək.

Qeyd edək ki, turun ilk iki oyunu dünən keçirilib. “Keşlə” “Sumqayıt”la heç-heçə (1:1) edib, “Neftçi” “Qəbələ”yə 3:0 hesabı ilə qalib gəlib.

Premyer Liqa
XX tur
19 mart (şənbə)
16:45. “Sabah” – “Səbail”

Baş hakim: Əliyar Ağayev
“Bank Respublika Arena”

19:00. “Zirə” – “Qarabağ”
Baş hakim: Rauf Cabarov
Zirə İdman Kompleksinin stadionu

Oxşar xəbərlər

"Qarabağ" - "Neftçi" matçının vaxtı dəqiqləşdi - Azərbaycan Premyer Liqası
İlk matçda “Sabah” "Səbail" ilə qarşılaşacaq - Premyer Liqa
Azərbaycan Premyer Liqasının təqvimi açıqlandı - SİYAHI
"Qarabağ" qalib gəldi
"Qarabağ" "Sabah"la üz-üzə - YENİLƏNİR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər