Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Styaua" parçalandı!
Rumıniya futbolunda yeni qalmaqal yaranıb. Ölkənin ən titullu klubu "Styaua” xoşagəlməz "oyunlar”ın qurbanına çevrilib.
Sportfm.az xəbər verir ki, 1986-cı ildə Çempionlar kubokunu qazanıb, Avropanın ən nəhəngi olan Buxarest təmsilçisi adını dəyişib. Bundan sonra komanda FCSB (Football Club Sport Bukharest) adlanacaq. Buna klubun qalmaqalları ilə məşhurlaşan sahibi Cici Bekali qərar verib.
Tanınmış iş adamı bu addımı atmağa vadar edilib. Çünki Rumıniyanın Milli Müdafiə Nazirliyi məhkəməyə müraciət edərək, "Styaua” sözünün məhz onlara aid və klubun istifadəsinə qadağa qoyulmasına nail olub.
Nazirlik yeni "Styaua” İdman Klubu da yaradıb. Sonuncular Bekalinin komandasını Liqa 1 və avrokuboklardan kənarlaşdırılmasını da tələb edir. Sahibkar isə 1986-cı ildəki Çempionlar kubokunu məhz onun klubunun qazandığına əmindi: "Ordu klubu maliyyələşdirə bilmədi və onu səhmdar cəmiyyətə çevirdi. Mən də həmin vaxt klubu aldım”.
Rumıniyada olduğu kimi Azərbaycanda da ölkə futbolunun flaqmanı vaxtilə eyni taleyi yaşayıb. 1997-ci ildə Çempionlar Liqasının startı ərəfəsində "Neftçi” iki kluba çevrilmişdi. Nəticədə Polşa "Vidzev”i ilə görüşlər parçalanmadan dönən bakılılar üçün faciəvi nəticələnmişdi – 0:2, 0:8.
Oxşar xəbərlər
Çempionlar Liqasının finalı baş tutacaq
Regekampf "Neftçi"ni daha az maaş alacağı kluba görə tərk edir?
"Dinamo" xeyriyyə matçından imtina etdi - Rumıniya klubu ilə oynamayacaq
Hacinin oğluna qeyri-adi müqavilə təklif olundu
Menecerdən qalmaqallı açıqlama:"Yaxşı oynamayan futbolçuları Türkiyəyə satıram"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası